FrontEnd

Frontend Proqramlaşdırma (React JS , Vue JS)

Ümumiyyətlə, hər hansı bir veb saytın və ya tətbiqin iki tərəfi var. Onlardan biri Backend, digəri isə Frontend kimi görünür. Frontend kimi tanınan hissənin əsas vəzifəsi, istifadəçi ilə sayt arasında əlaqə yaratmaqdır. Sayta və ya tətbiqə ilk daxil olduğunuz zaman, gördüyünüz şəkillər, şablonlar, düymələr, vizual komponentlər və daha bir çox detallar ön hissədə yerləşir. Vebsaytda istifadə ediləcək rənglər, məzmunun yerləşdirilmə sırası, şrift növü və ölçüsünün təyini frontend strukturuna daxildir. Saytın və ya tətbiqin skelet quruluşu, Frontend developer tərəfindən hazırlanır. Bu sahədə mütəxəssislər çox vaxt 3 proqramlaşdırma dilindən istifadə edirlər. Bunlar HTML, CSS, JS dilləridir. İnsanlar aydın, rahat qavradıqları vebsayta və ya yaxşı dizayn edilmiş, istifadəsi asan proqrama daha çox üstünlük verirlər. UI daha yaxşı olarsa, vebsayt daha sevimli olur. Daha yaxşı UI dizaynı üçün mövcud Javascript frameworkləri arasında, bugünkü bazarda mövcud olan ən yaxşı 3 seçimə rast gəlirik: React JS, Vue JS , Angular JS. Frameworklər tələb olunan kodun miqdarını azaldaraq performansı artırır. Onlar kodu özündə olan və təkrar istifadə oluna bilən bir çox komponentlərə və ya modullara bölürlər. Bu, həmçinin kodun təkrarlanması kimi pis təcrübələrin qarşısını alır və yekun testini asanlaşdırır.

We use cookies to give you the best user experience.