IT support & Help Desk
IT support & Help Desk (Basic Networking Skills)
IT Support Helpdesk, bir təşkilat daxilində yaranmış texniki problemləri həll edən şöbədir. Şirkət daxilindəki kompüterlərin, skannerlərin, printerlərin və ümumiyyətlə, bütün texnoloji cihazların yaşadığı texniki problemləri, Helpdesk komandası tərəfindən həll edilməsi gözlənilir. Əgər bu texniki problemləri həll etmək mümkün deyilsə, Helpdesk komandası bu cihazların təmiri üçün kənardan köməyə ehtiyac olduğunu və ya yeni cihazların sifariş edilməsini, əlaqəli departamentə bildirir. Help Desk, bir xidmət və ya məhsul üzrə müştəriyə göstərilən texniki dəstəkdir. Help Desk, 3 hissəyə ayrılır. Bunlar, “IT Support Helpdesk”, “Customer Service Helpdesk” və “Business Helpdesk” kimi, sıralanır. Böyük şirkətlərdə, IT departamentlər çox şaxəli və doğru strukturlarla təsis edildiyi üçün, Help Desk komandası da öz daxilində, “HelpDesk Agent”, “Helpdesk Team Lead”, “Helpdesk Manager” olaraq, 3 hissəyə ayrılır. IT Support və Helpdesk komandası, cihazlarda yaranmış problemləri aradan qaldırmaqla bərabər, kompüterlərdə əməliyyat sistemlərində yaranmış problemləri həll etməli, yeni əməliyyat sistemlərini yazmalı, kompüterləri tələb olunan proqram təminatları ilə təmin etməli və sistem backup’larını almalıdır.