UX/UI Dizayn
UX/UI Dizayn
UX (User Experience) istifadəçi təcrübəsi, UI (User Interface) –
istifadəçi interfeysi deməkdir. Hər iki anlayış, oxşar və fərqli
xüsusiyyətlərə sahib olmaqla yanaşı, dizayn sahəsinə töhfə verməklə
əlaqəli rola sahibdirlər. UX Dizaynı, istifadəçi təcrübəsi(UX) A-dan
Z-ə qədər dizaynda istifadəçilərin məhsul və ya xidmətlə bütün
qarşılıqlı əlaqəsini əhatə edir. Yəni, söhbət istifadəçinin
qarşılıqlı əlaqə prosesində keçirdiyi bütün yaxşı, pis və ya maraqlı
təcrübələrindən gedir. Geniş əhatə dairəsinə malik olan UX,
istifadəçilərlə bağlı bəzi testlərdən aldığı məlumatlarla
formalaşdırıla bilər. Dizayna daxil ediləcək detalların harada, nə
vaxt və necə baş verəcəyi ilə bağlı istifadəçinin qarşılıqlı
əlaqəsini qurur. UX dizaynının məqsədi, istifadəçilər üçün sadə,
səmərəli, uyğun və çox istiqamətli xoş bir təcrübə yaratmaqdır.
UI (User Interface) istifadəçi interfeysi deməkdir və internet
istifadəçiləri üçün düzgün istiqamətlər verməklə daha uzunmüddətli,
keyfiyyətli qarşılıqlı əlaqə yaratmağı hədəfləyən dizaynlardır.
Vizual interfeysin vizual və interaktiv xüsusiyyətlərinin inkişafı,
istifadəçilər üçün aydın və ümumiyyətlə estetik cəhətdən cəlbedici
olmasını təmin edir. UI dizaynı vizual dizaynın, UX dizaynının və
qrafik dizaynın müxtəlif elementlərini və bir sıra mülahizələri
özündə cəmləşdirən sistemli bir sahədir. UI Dizaynı İstifadəçi
interfeysi(UI) dizayndakı interfeyslərlə, yəni xarici dizaynla
məşğul olur. Xarici görünüşlə əlaqəli bütün dizaynlar UI dizaynı ilə
bağlıdır. Bu nöqtədə onu UX ilə qarışdırmaq mümkündür, lakin incə
bir fərq var.
UX istifadəçi təcrübəsinə əsaslanan dizaynla
istifadəçi qarşılıqlı əlaqəsi ilə məşğul olur. UI istifadəçi
qarşılıqlı əlaqəsindən daha çox dizayn cəlbediciliyi ilə maraqlanır.
Başqa sözlə, UX bizim qavrayışlarımızla, UI isə gözlərimizlə
bağlıdır. Yəni, UX ilə təsəvvür edir, UI vasitəsilə isə görürük.